Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək

Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək
  • İDMAN

Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək.

Aktual.az "Report"a istinadən bildirir ki, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub.
İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir:
"2015-ci ildə ilk Avropa Oyunları Bakıda uğurla həyata keçirilib. Eyni zamanda cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil olunur. Biz Azərbaycanın 2018-ci ildə böyük dünya çempionatı keçirmə qabiliyyətinə əmin olmalıyıq".
Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını da keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.

Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR