Bakıda gecə partlayış törədən şəxs saxlanılıb

Bakıda gecə partlayış törədən şəxs saxlanılıb

Bakıda gecə partlayış törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib. Həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.
E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.


Aktual.az
Xəbər 149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR