Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu

Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu

"Williams”ın pilotu, finlandiyalı Valtteri Bottas Bakıda keçirilən "Formula 1” yarışlarının Avropa Qran Prisinin təsnif yürüşlərində "kral yarışları”nın yeni sürət rekordunu müəyyən edib. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, Bakıda 2,2 km-lik düz yolda Bottas sürəti 378 km/s qədər artırıb. Yarışların ilkin rekordu 2005-ci ildə Montsda müəyyən edilmişdi. Belə ki, həmin vaxt "McLaren”in pilotu Xuan Pablo Montoyabolidin sürətini 372,6 km/s qədər yüksəldib. 

Yolun memarı German Tilke sürətin bu göstəricisinə təəccüblənib. Yarışlara qədər pilotların sürəti maksimal olaraq 340 km/s həddə çatdıracaqları ehtimal edilirdi. 

Bu sürəti komandaların özləri də gözləmirdi, Bakı yolunun simulyatorlarında işdən sonra hesablamalarda maksimal sürət 345-350 km/s göstərilirdi.  

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR