Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb

Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb

Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR