Bakıda AVTOBUS qəzası: 21 YARALI

Bakıda AVTOBUS qəzası:   21 YARALI

Xəsarət alanların yerləşdirildiyi Sabunçu rayon 3 saylı klinik xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alanlardan hazırda 7 nəfəri xəstəxanadadır, digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardın göstərilərək evə buraxılıb.

Qeyd olunub ki, hazırda 7 nəfərin 5-i reanimasiyada həkim nəzarəti altındadır, ancaq xəsarət alanlar üçün həyati təhlükə yoxdur. Xəsarətlər əsasən baş-beyin əzilməsi və sınıqlardır.

***

Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, prospektin "aeroport yolu" kimi adlanan hissəsində metronun "Koroğlu" stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin "Daewoo" markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə "VAZ-2107" markalı maşın aşan avtobusa çırpılıb.
 
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.
 
Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır. 

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR