Bakıda 7 yaşlı uşağı öldürmək istəyən gəncə 14 il həbs verildi

Bakıda 7 yaşlı uşağı öldürmək istəyən gəncə 14 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edəki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daşla vuraraq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.
M.Bağırov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham olunub. 
Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR