Bakıda 100 kq at əti aşkar edildi

Bakıda 100 kq at əti aşkar edildi

Bakıda avtomobildən 100 kiloqram at əti aşkar edilib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində İsmayıllı rayon sakinləri - 1981-ci il təvəllüdlü Elxan Nəsirov və 1967-ci il təvəllüdlü Saleh Həsənovun idarə etdikləri "Mercedes" markalı avtomobildən 100 kq at əti aşkar edilərək götürülüb. Aşkarlanmış ət ekspertizaya göndərilib. 
 
Aktual.az 
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR