Hazırda Bakı-Tiflis-Bakı marşrutu üzrə biletlərin qiymətlərində ciddi endirimlə bağlı müzakirələr aparılmır.
Aktual.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətə biletlər minimal qiymətlərlə satışa təqdim olunub.
A.Fərəcov qeyd edib ki, köhnə tipli qatarların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və təhlükə yoxdur: "Bu, texniki istismar qaydalarına uyğundur və qoşulan vaqonlar həmin qatarın sürəti ilə və funksionallığı ilə hərəkət edəcəklər".
Xəbər 50 dəfə oxunub.