Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşdı

Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşdı

Bakı-Sumqayıt qatarının gediş haqqı azaldılıb.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bunu Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov deyib.

Xidmət rəhbəri biznes-klas üçün nəzərdə tutulan yerlərin qiymətinin 2,50 AZN-dən 1,60 AZN-ə endirildiyini bildirib: “İyulun 1-dən qiymətlərdə endirimlər etmişik. Buna səbəb həmin yerlərə tələbatın az olması idi. Amma 15 gündür qiymətləri endirmişik və sərnişin sayında bu, hiss olunur”.

Qeyd edək ki, bu istiqamətdə ikimərtəbəli qatarlar işləyir.

Bu qatarlar ötən il sentyabrın 15-dən Bakıdan Sumqayıta tam gücü ilə  işə düşüb.  Qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edir. 

Bakı-Sumqayıt dəmiryol xəttində vahid kart sistemindən istifadə olunur. Burada gediş haqqı 80, VİP yerlərdə isə 2,50 qəpik idi. 

"Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR