Bakı sərnişin qatarında təhlükəli anlar yaşandı

Bakı sərnişin qatarında təhlükəli anlar yaşandı

Bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin eşiyindən dönüb.  

Aktual.az Sputnik-ə istinadən xəbər verir ki, aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub. Sərnişinlər təcili evakuasiya edilib.    Qatar bələdçiləri hadisəyə maşinistin ehtiyatsızlığının səbəb olduğunu ehtimal ediblər.    

Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, hadisə qatarın təkər cütlüyünün relsdən çıxması nəticəsində baş verib. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. Ölən və xəsarət alan yoxdur. Xəbər hazırlanan vaxt hadisənin nəticələri aradan qaldırılırdı.   

Əzməmmədov bildirib ki, hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.  

 
Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR