Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

"Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramovəmr imzalayıb.
Qeyd edək ki, İ.Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.
 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR