Bakı şəhər Baş Polis İdarəsi Tolikin iddialarına cavab verib

Bakı şəhər Baş Polis İdarəsi Tolikin iddialarına cavab verib

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə teleaparıcı Tarix Əliyevin (Tolik) "Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialarına cavab verib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmayıb: "Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.
E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirmə aparılmaqla yayımının təmin olunmasını jurnalistlərə tövsiyə edirik: "Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir”.
 
Aktual.az

Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR