Bakı sakini polisə yalan məlumat verdi

Bakı sakini polisə yalan məlumat verdi

İyulun 26-da saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus “Mercedes” markalı avtomobil qaçırılması barədə məlumat daxili olub.

Daxili işlər Nazirliyindən  verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Beləki, E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR