"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub – FOTO


"Bakı Metropoliteni" QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib. 

Aktual.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. 
Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra Z.Hüseynovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR