Bakı məktəblərində koronavirusla bağlı durum açıqlandı

Bakı məktəblərində koronavirusla bağlı durum açıqlandı

"Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur".

Aktual.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

İdarə müdiri bildirib ki, harada ciddi problem varsa, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif distant təhsilə keçir: "14 gündən sonra, yəni karantin rejimi bitəndə yenidən əyani tədrisə qaytarılır. Bir faktı xüsusi qeyd edim ki, problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib".

M.Vəliyeva bəzi məktəblərdə idman zallarının kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib: "Mövcud problemlərin həlli proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır".
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR