Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Bakıda avtomobillərin sıx hərəkət etdiyi küçələrdən birində hərəkət tam məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən Aktual.az-a verilən məlumata görə, Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
 
Aktual.az






Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR