Bakı kəndlərində su olmayacaq

Bakı kəndlərində su olmayacaq

Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar 24 may 2016-cı il tarixdə saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR