Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib

Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən onda texniki nasazlıq yaranıb.

Aktual.az bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.
Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.
 
Aktual.az 
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR