Bakı əhalisinin 97%-i Qarabağdakı hərbi əməliyyatları dəstəkləyir

Bakı əhalisinin 97%-i Qarabağdakı hərbi əməliyyatları dəstəkləyir

Aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı "ACT Azərbaycan" araşdırma şirkəti Bakı şəhəri üzrə sorğu keçirib.

Aktual.az Report-a istinadən xəbər verir ki, sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi fəaliyyətini dəstəklədiyini bildirib.

Respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür. Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyir.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür. Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.

Sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

Sorğuda iştirak edən respondentlərin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib. Əsas yaş aralığı isə 18-55 olub.

"ACT Azərbaycan" sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət "ACT Global"ın Azərbaycan nümayəndəliyidir.

ACT Global Gürcüstün, Azərbaycan və Qazaxıstan ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR