Bakı Bulvarı bağlanacaq

Bakı Bulvarı bağlanacaq

Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran-Prisinə bileti olmayanlar üçün bağlı olacaq.

Aktual.az xəbər verir ki, oxu.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə "Formula-1" şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq.

Nigar Arpadarai bildirib ki, bilet almayanlar "Formula-1" şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər.

"Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran-Prisinə bilet alanlar iştirak edə biləcəklər".

Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər:

"Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran-Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək.

Qeyd edək ki, "Formula-1" Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1" şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcək.

Xəbər 1530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR