​​​​​​​“Bakcell”in yeni konsept mağazası Bərdədə (VİDEO/FOTO)

​​​​​​​“Bakcell”in yeni konsept mağazası Bərdədə (VİDEO/FOTO)

Bərdə şəhərində "Bakcell” MMC-nin yeni konsept mağazası açılıb. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub.

Bərdə şəhəri, Üzeyir Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir. Burada Bərdə sakinlərinə şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir.

Bu, "Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə "Bakcell" şəbəkəsini növbəti dəfə Ookla® "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün "Bakcell" 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR