Badamdardakı sürüşmə ərazisində yeni çatlar əmələ gəlib

Badamdardakı sürüşmə ərazisində yeni çatlar əmələ gəlib

Bakının Səbail rayonunda Badamdar sürüşmə ərazisinin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.

Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.

 

Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.

 
Aktual.az
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR