“Azəryol” 1/8 finalda!

“Azəryol” 1/8 finalda!
  • İDMAN

Təmsilçimiz “Qızıl set”də qalib gəlib.

Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab oyunları çərçivəsində növbəti oyununu keçirib.

Aktual.az xəbər verir ki, təmsilçimiz Azərbaycan Voleybol Mərkəzində Rumıniyanın “Tarqoviste” klubunu qəbul edib.

Görüş “Azəryol”un 3:0 hesabı ilə qələbəsi ilə bitib. (25:23; 25:23; 25:17)

Aleksandr Çervyakovun yetirmələri Rumıniyada 0:3 hesabı ilə uduzduğu üçün hər şeyə “Qızıl set”də aydınlıq gətirilib.

“Qızıl set”də 15:13 qalib gələn “Azəryol”  1/8 finala vəsiqə qazanıb.

Aktual.az

Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR