"Azərsun" gələcəkdən xama gətirib — FOTO


Ölkənin ən iri holdinqi istehlakçı hüquqlarını kobud şəkildə pozub

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, "Azərsun" Holdinq şirkətinin "Azərsüd" marka adı altında istehsal etdiyi və satışa buraxdığı xamanın istehsal tarixi bir gün sonrakı tarixə göstərilib.

Belə ki, bu gün 19 fevral 2016-cı il tarixi olduğu halda satışda olan "Azərsüd" xamasının istehsal tarixi 20 fevral 2016-cı il göstərilib. Bu da onu deməyə əsas verir ki, "Azərsun" şirkəti istehsal etdiyi məhsulların etibarlılıq müddətində fırıldağa yol verir.

Qeyd edək ki, xamanın üstündə həmçinin "100% təbii xama" yazılıb. Ancaq bu şüar da istehlakçıların müzakirəsinə açıq olmalıdır.

Xəbər 2337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR