"Azəriqaz" bu il 1039 fərdi yaşayış evinə qaz verib


2020-ci il üzrə bu həftə ərzində son qaz açılışları həyata keçirilib.

Bu barədə Aktual.az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Ümumilikdə bu dəfəki qaz açılışları 1039 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsindəki yeni massivdə 260 fərdi yaşayış evi qazla təmin olunub. Bölgələrdə isə Gədəbəy rayonunun Arıqıran kəndində 579, Lerik rayonunun Bibiyanı kəndində 182, Xızı rayonunun Qızılqazma və Yarımca kəndlərinin hər birində isə 9 fərdi yaşayış evinə təbii qaz verilib. Qeyd edilən yaşayış məntəqələrində qazlaşdırma işləri zamanı ümumilikdə 115 km-ə yaxın polad, 2380 metrə yaxın polietilen qaz borularından istifadə olunub.
Qeyd edək ki, 2020-ci ildə Dövlət proqramının icrası zamanı qazlaşma işləri aparılan Gədəbəy rayonunun Arıqıran kəndinin yaxınlığında yerləşən Əyrivəng kəndinin sakinlərinin də müraciəti nəzərə alınaraq, 63 fərdi yaşayış evində qazlaşma işləri aparılır və bu proses 2021-ci ilin əvvəlində başa çatdırılacaq.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR