Azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişi asanlaşıb

Azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişi asanlaşıb

"Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”.

Bunu APA-nın Tehran bürosuna İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarlar İraq ərazisinə keçməsi yalnız Şələmçə sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub: "Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş gəlişinə icazə verilsin”.

O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər. Lakin hələlik Xosrəvi məntəqəsində gediş-gəliş bərpa olunmayıb.

Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR