Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu
  • İDMAN

Olimpiya Oyunlarının geridə qoyduğumuz günündə qadınların qılıncoynatma yarışında Rusiya yığmasının erməni mənşəli üzvü Yana Yeqoryan Olimpiya çempionu adını qazandı.

Aktual.az modern.az-a istinadən bildirir ki, finalda Yeqoryan öz həmyerlisi Sofiya Velikayanı gərgin mübarizədə 15-14 hesabı ilə məğlub edib.
 
Erməni mənşəli idmançının 1993-cü il dekabrın 20-də Yerevanda anadan olduğu və 6 yaşında ailəsi ilə Rusiyaya köçdüyü bildirilir.
 
Maraqlıdır ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılıncoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Jemayeva Azərbaycan yığmasının tərkibində Dünya və Avropa çempionu olub.
 
Onun həyat yoldaşı İlqar Məmmədov isə 1988-ci il Seul Olimpiya Oyunlarının qalibi olub. Məmmədov hazırda Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir. Cütlüyün Milena və Ayla adlı qızları var.

Xəbər 833 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR