“Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırıq” – Rusiya XİN başçısının müavini

“Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırıq” – Rusiya XİN başçısının müavini
  • DÜNYA

"Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik rolunu layiqincə yerinə yetirəcək”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə deyib.
"Azərbaycanı balanslı siyasət həyata keçirən etibarlı tərəfdaş kimi tanıyırıq”, – nazir müavini bildirib.
O, münaqişələrin həllində Qoşulmama Hərəkatının xüsusi rolunu vurğulayaraq Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyini önə çəkib: "Onun tənzimlənməsi bütün Yaxın Şərqdəki vəziyyətin yaxşılaşdırılması üçün son dərəcə vacibdir. Nizamlama prosesinin inhisarlaşması ilə heç nəyə nail olunmayacaq”.
Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR