Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 72%-dən çox azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 72%-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 279 387 nəfər ziyarətçi səfər edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayında 744 962 nəfər və ya 72,7% azalma qeydə alınıb.
İlk 8 ayda Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı isə 75,6% azalaraq 1 544 098 nəfər təşkil edib.
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR