Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 1,42 mln. ABŞ dolları məbləğində pul köçürülüb. 


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının aylıq hesabatında bildirilir.

Məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 11% azdır. 

Ötən ay Gürcüstandan Azərbaycana isə 842,2 min dollar pul köçürülüb. Bu isə aylıq müqayisədə 2,1% çoxdur. 

Ümumilikdə isə fevralda Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 125,5 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 10,2% və yaxud 11,6 mln. dollar çoxdur.

Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (31,62 mln. dollar) həyata keçirilib. 

 
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR