Azərbaycanda yararlı çimərliklərin işarələnməsi təklif olunur

Azərbaycanda yararlı çimərliklərin işarələnməsi təklif olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə layihə hazırlayır.

"Report" xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, layihəyə əsasən, çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir.
Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasını göstərir.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR