Azərbaycanda sement və asfalt istehsalı artıb

Azərbaycanda sement və asfalt istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr 80,3 mln. manat dəyərində məhsul istehsal edib. 


"Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,8% çoxdur. 

2 ay ərzində ölkədə sement istehsalı 511,8 min ton (illik müqayisədə 45,1% çox), asfalt istehsalı 28,3 min ton (6,8 dəfə çox), tikinti kərpicinin istehsalı 69,2 min kubmetr (74,2% çox), tikinti gipsinin istehsalı 0,4 min ton (59,9% az), tikinti əhənginin istehsalı 5 618,6 ton (64,1%çox), sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 28,7 ton (3,2 dəfə çox), betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 8,4 min kubmetr (46,2% az) təşkil edib. 

Son 1 ildə Azərbaycanda emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı isə 30,9% azalaraq 1 182,4 tona düşüb.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR