Azərbaycanda problemli kreditlər sentyabrda 3% azalıb

Azərbaycanda problemli kreditlər sentyabrda 3% azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 442,9 milyon manat təşkil edib.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 3,2% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən problemli kreditlər 9%, son 1 ildə isə 17,5% azalıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,1% olub. Bu nisbət avqustun sonuna 10,8%, ötən ilin sonuna 12,2%, ötən il sentyabrın sonuna isə 14,2% təşkil edib.


Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR