Azərbaycanda icazəsiz ova cəhd edən əcnəbi vətəndaşlar saxlanılıb

Azərbaycanda icazəsiz ova cəhd edən əcnəbi vətəndaşlar saxlanılıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb. 

Bu barədə Aktual.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR