Azərbaycanda ət və süd istehsalı artıb

Azərbaycanda ət və süd istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,1% artaraq 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 417,7 min ton, süd istehsalı 2,2% artaraq 1 720,1min ton təşkil edib.

Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində ölkədə yumurta istehsalı 2,1% azalaraq 1416,5 mln. ədəd, yun istehsalı 1% azalaraq 15,7 min ton olub.
Bundan başqa, ölkədə 514 ton (keçən il 245 ton) barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.
 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR