Azərbaycanda ən yaşlı bəyin 81 yaşı var - Statistika

Azərbaycanda ən yaşlı bəyin 81 yaşı var   - Statistika

Ötən il Azərbaycanda nikaha daxil olanlar arasında ən yaşlı şəxsin 81 yaşı olub.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda “Ailə Məcəlləsi”nin 10-cu bəndinə əsasən nikah yaşı oğlanlar və qızlar üçün 18 yaş müəyyən olunub.

2015-ci ildə qeydə alınan nikaha daxil olanlar arasında orta yaş həddi kişilərdə 27 yaş, qadınlarda isə 24 yaş təşkil edib.

Eyni zamanda ötən il nikaha daxil olan zaman ən yaşlı kişinin 81, ən yaşlı qadının isə 68 yaşı olub.

2015-ci ildə şəhər yerlərində nikaha daxil olma kişilər üçün 26 yaş, qadınlar üçün 21 yaş olub. Kənd yerlərində isə nikaha daxil olma kişilər üçün 24, qadınlar üçün 18 yaş olub.

2014-cü illə müqayisədə nikaha daxil olanların orta yaş həddi dəyişməyib.

Xəbər 980 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR