Azərbaycanda dəhşətli qəza – 8 nəfər həlak oldu + FOTO/VİDEO

Azərbaycanda dəhşətli qəza – 8 nəfər həlak oldu + FOTO/VİDEO

Masallı rayonunda yük maşını ilə "Mercedes Vito” markalı mikroavtobus toqquşub.

 

"Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb."Report”un Cənub Mərkəzi xəbər verir ki, ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub.O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş. BunlarLerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Bildirib ki, hadisə zamanı xəsarət alan qadın hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.


Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR