Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü

"Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.
 
Aktual.az xəbər verir ki, ölkədə koronavirus pandemiyasına görə yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub. 

Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Oxu.Az-a təsdiq edib. 

Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR