Azərbaycanda biznes fəaliyyətinə başlayanlar ilə əlaqədar - STATİSTİKA

Azərbaycanda biznes fəaliyyətinə başlayanlar ilə əlaqədar   - STATİSTİKA

Komitənin hesabatı.

2015-ci il oktyabrın 1 -i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 564 minə yaxınlaşıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Aktual.az-a bildirilib. 

Komitədən bildirilib ki, hesabat dövründə hər beş fərdi sahibkardan dördü “Ticarət; nəqliyyat vasitələrinin t əmiri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. 

Bundan başqa, komitədən qeyd edilib ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (34,0%), Aran (19,7%), Gəncə-Qazax (12,8%) və Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınıb. Sahibkarlıqla məşğul olan fərdi sahibka rların 80,4 faizini kişilər, 19,6 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 22,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,5 faizini təşkil edir.

“Sahibkar qadınların 38,6 faizi Bakıda, 16,3 faizi Aran, 15,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,3%), Gəncə-Qazax (23,3%) və Şəki-Zaqatala (21,1%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır” - deyə, komitədən qeyd edilib. 

Aktual.az

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR