Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobillərin istehsalı sahələrində 175,7 mln. manatlıq məhsul istehsal edilib.
 

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 16,6 dəfə artıb, maşın və avadanlıqların istehsalı 6,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.
 
Belə ki, bu ilin 6 ayında ölkədə 130 ədəd minik avtomobili istehsal edilib. Bu müddət ərzində traktor istehsalı 14,1% artaraq 849 ədəd təşkil edib.  

 
Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,9 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 9,6% artıb.
 
Aktual.az
Xəbər 89 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR