Hadisə Biləsuvarda olub
Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib. Aktual.az-ın report-a istinadla verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində baş verib.
Öldürülən 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır. Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 1605 dəfə oxunub.