Azərbaycanda 10 min nəfər uzunömürlü var

Azərbaycanda 10 min nəfər uzunömürlü var

Hazırda Azərbaycanda yaşı 90-dan yuxarı olan təxminən 10 000 nəfər uzunömürlü var.

Aktual.az  xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.
Uzunömürlülər siyahısına daha çox qadınlar düşdüyünü deyən direktor əlavə edib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:

"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. "Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir".
Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR