Azərbaycana yay fəsli daxil oldu (YENİLƏNİB)

Azərbaycana yay fəsli daxil oldu (YENİLƏNİB)

Bu gün saat 13:13-də Azərbaycana yay fəsli daxil olub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Aktual.az-a verilən xəbərə görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Bu gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəsli sentyabrın 23-dək davam edəcək. 23 sentyabr saat 05:03-də payız fəsli daxil olacaq və payız gecə-gündüz bərabərliyi olacaq. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

09.41
 
Bu gün Azərbaycana yay fəsli daxil olur.

Ölkədə yay fəsli iyunun 21-i saat 13:13-də başlayacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.

Qeyd edək ki, payız fəsli - Payız Gecə-Gündüz bərabərliyi - 23 Sentyabr saat 05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR