Azərbaycana işıq texnikası idxal olunacaq

Azərbaycana işıq texnikası idxal olunacaq

Bakıda sentyabr ayında Barnaul işıq texnikası zavodunun (Rusiya Federasiyası, Altay diyarı) sərgi pavilyonunun açılışı planlaşdırılır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı razılıq Altay diyarının nümayəndə heyətinin mayın ortalarında Azərbaycana səfəri zamanı zavodun baş direktoru Yevgeni Şnitovla əldə olunub.
Pavilyon Altayda istehsal olunan işıq-diod sistemlərinin potensial istehlakçılara təqdim olunmasına imkan verəcək.

Azərbaycanda Barnaul zavodunun məhsullarına mühəndislik, layihələndirmə və aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən maraq göstərilir.
 
Aktual.az
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR