Azərbaycana gələn ərəb turistlərin sayı artır - VİDEO

Azərbaycana gələn ərəb turistlərin sayı artır   - VİDEO

Dəbdəbəli istirahət mərkəzləri, tarixi məkanları görmək, habelə ağlasığmaz əyləncələri yaşamaq üçün bütün dünya ərəb ölkələrinə üz tutur. Ərəblər isə istirahət üçün Azərbaycanı seçir.

Bir çox ölkədə ictimai-siyasi gərginliklərin əksinə, Azərbaycanda hökm sürən sabitlik turistləri ölkəmizə cəlb edir. Dəniz və tarixi məkanlarla yanaşı isti yay aylarında sərinlik axtaran ərəb turistlər də ölkəmizə axın edir. Ərəblər Bakıda - İçərişəhərə, Qobustan, Atəşgah, Abşeron qalalarını gəzir, Quba-Xaçmaz və Qəbələ-Şəki bölgələrində dincəlməyə üstünlük verirlər.

Ərəb turistlərin çoxalması alış-veriş mərkəzləri, mağaza, restoran və digər iaşə obyektlərinə də fürsət olub.

Bakıda turistlərə xidmət göstərən iaşə obyektlərində ərəb dilini bilən işçilərə üstünlük verilir, mağaza və restonların üzərinə və menyularına ərəbcə çağırış və adlar da yazılır.

İstirahət üçün ölkəmizə təşrif buyuran ərəblər isə həm ölkəmizi həmdə milli təamlarımız sevdiklərini bildirirlər.

Aktual.az  "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR