Azərbaycan Ukraynaya böyük hesabla uduzdu

Azərbaycan Ukraynaya böyük hesabla uduzdu
  • İDMAN

Yığmamız növbəti turda Türkiyə millisi ilə qarşılaşacaq.

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda oynanılan 5-ci qrupunun görüşləri çərçivəsində noyabrın 10-da birinci turun qarşılaşmaları keçirilib.

Aktual.az xəbər verir ki, Azərbaycan millisi Ukrayna yığmasını qəbul edib. 

Rəqibin üstünlüyü şəraitində keçən görüşdə Ukrayna millisi yığmamızın qapısından dörd cavabsız top keçirib.

Bu qrupun digər qarşılaşmasında Türkiyə millisi ilə Bosniya və Herseqovina yığmasına 2:1 hesabı ilə uduzub.

Noyabrın 13-də U-19 yığmamız Türkiyə millisi, iki gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

 Aktual.az

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR