Azərbaycan ötən il Gürcüstandan 33 mln. dollarlıq dərman alıb

Azərbaycan ötən il Gürcüstandan 33 mln. dollarlıq dərman alıb

2018-ci ildə Azərbaycan Gürcüstandan 2 171,2 min ton dərman vasitələri idxal edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İdxal olunmuş medikamentlərin ümumi dəyəri 32 817,9 min ABŞ dolları təşkil edib.
2017-ci illə müqayisədə Gürcüstandan Azərbaycana dərman ixracı həcm baxımından 25,6 min ton az, məbləğ baxımından isə 10 507,6 min dollarçoxdur.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Gürcüstandan 22 310,3 min dollar dəyərində 2 196,8 min ton dərman idxal edib.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR