Azərbaycan Suriya böhranı prosesinə cəlb oluna bilərmi?

Azərbaycan Suriya böhranı prosesinə cəlb oluna bilərmi?

Azərbaycanın Suriya böhranı üzrə düşünülmüş mövqeyi onun bu prosesə cəlb olunmasına imkan verməyəcək.
Bu barədə Trend-ə "Baku Network"-un Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Suriya münaqişəsinə cəlb edilmiş ölkələrlə - Rusiya, İran və Türkiyə ilə həmsərhəddir. "Belə vəziyyətdə Azərbaycanın mövqeyi bu ölkələr üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanın Suriya böhranı üzrə düşünülmüş mövqeyi onun bu prosesə cəlb olunmasına imkan verməyəcək", - deyə E.Ələsgərov bildirib.

"Biz beynəlxalq terrorizmlə mübarizənin acı təcrübələrinə malikik. Azərbaycanın müstəqilliyi formalaşdığı ilk dövrləri boyu və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı azərbaycanlılara qarşı terrorizmlə və soyqırımla müşayiət olunurdu. Amma ən maraqlısı odur ki, Azərbaycanın dinc əhalisinə qarşı öz qanlı əməllərini həyata keçirmiş terrorçuların əksəriyyəti Ermənistan erməniləri deyildilər", - E.Ələsgərov deyib.

Onun sözlərinə görə, onların arasında əksəriyyəti ermənilər idi, hansılar ki, hal-hazırda özünü terrorizmə qarşı koalisiyanın aktiv iştirakçıları kimi qələmə verirlər, hətta Suriya vətəndaşları da vardı.

"Doğrudur, terrorçular Azərbaycanı sındırmağa nail ola bilmədilər, lakin beynəlxalq cəmiyyətin erməni terrorizmi probleminə laqeyd qalmasını yaxşı xatırlayırıq", - deyə E.Ələsgərov bildirib.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR