"Azərbaycan substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır" - Elmar Məmmədyarov


Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir".

Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir.
Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır", - deyə nazir bildirib.
Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR