Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

Aktual.az Report-a istinadən xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.

Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.

Xəbər 98 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR